CƏMİYYƏT


Azərbaycan ekologiya və təbii sərvətlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Latviyada səfərdədir

Azərbaycan və Latviya respublikaları arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclasında iştirak etmək məqsədilə Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının həmsədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Riqaya səfər edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Latviya rəsmiləri ilə keçirilən ikitərəfli görüşlər zamanı ticarət və investisiya, elm və təhsil, turizm, mədəniyyət, nəqliyyat, innovasiya, kənd təsərrüfatı və qida təhlükəsizliyi, energetika, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.