MƏDƏNİYYƏT


Məhbubə Əliyeva: Şuşanın tarixi abidələrinin bərpası bir şuşalı kimi məni çox sevindirir

Şuşa şəhəri işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. Şəhərdə infrastruktur layihələri ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpası da həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şuşada bərpasına başlanılan memarlıq abidələrindən biri də Şirin su hamamıdır. Xan qızı Xurşidbanu Natəvan bu hamamı 1878-1880-ci illərdə Qarabağın zəngin tacirlərindən olan Hacı Rzaqulu bəy Ağakişi bəy oğlu Şəmsiyev ilə birlikdə Bazarın yanında, Merdinli məhəlləsinin girişində tikdirib. Hamamın layihəsini memar Kərbəlayi Səfixan Qarabaği verib.