MƏDƏNİYYƏT


Gəncənin qədim çörək növü: Səngək çörəyi

Çörək əsrlərdən bəri bolluq-bərəkət rəmzi sayılır. Təbii ki, hər bölgənin özünəməxsus çörək növü və bişirilmə üsulu var. Bu çörəklərin dadları da bir-birindən fərqlənir. Bakı, Gəncə, Naxçıvan, Şamaxı və digər yerlərdə vaxtilə geniş yayılan çörək növlərindən biri də səngək çörəyidir.AZƏRTAC-ın bölgə müxbiri Gəncənin mərkəzi bazarında qədim ənənələrə əsaslanaraq bişirilən səngək çörəyinin hazırlanma qaydası ilə tanış olub.