CƏMİYYƏT


Düşmənin çənəsini ova-ova...

Kiyevdə ali təhsil aldığı vaxtlarda bir dəfə qrup yoldaşları ilə şəhərdə gəzərkən ermənilərlə rastlaşıblar. Necə olubsa, dəliqanlı cavanlar üz-üzə gəliblər. Ermənilər onlara : “Burda qeyrətdən danışmağa nə var? Kişisiniz, hünəriniz var, gedin torpaqlarınızı alın”, - deyə söz atıblar. Bərk mübahisə düşüb, sonra da əlbəyaxa dava. O, həmin davada ermənilərdən birinin çənəsini sındırıb. Onları birtəhər aralayıb, davanı yatırsalar da, ürəyi soyumayıb. Ermənilərin onlara ünvanladıqları tikanlı sözləri heç cür unuda bilməyib. “Həmin gün özümə söz verdim ki, nə vaxt olur-olsun, imkan düşəndə, fürsət yaranan kimi mən bu “qeyrəti” onlara göstərəcəyəm. Nə vaxt olur-olsun. Harada olur-olsun! Gec-tez!”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Vətən müharibəsi qazisi Zakir İmanov deyir.