Azərbaycan Dövlət İnformasiya Agentliyi

İtkin azərbaycanlıların aqibəti: Ermənistan nəyi ört-basdır edir?

20.11.2026 [19:28]

Xəbərin mətni

Otuz ildən artıqdır ki, minlərlə azərbaycanlı ailə doğmalarından xəbər gözləyir. Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 min nəfərdən çox şəxsin taleyi hələ də naməlum olaraq qalır. Onların harada saxlanıldığı, hansı şəraitdə öldürüldüyü, harada dəfn edildiyi barədə məlumatların böyük hissəsi isə indiyədək açıqlanmayıb. Müharibədən sonra sülh gündəliyindən, humanitar əməkdaşlıqdan danışan Ermənistanın İrəvanda beynəlxalq konfrans keçirməsi də bu baxımdan suallar doğurur. Noyabrın 19-20-də “İtkin düşmüş şəxslərin taleyi: humanitar dialoq və əməkdaşlıq” mövzusunda keçirilən tədbir azərbaycanlı itkinlərin taleyinə aydınlıq gətirilməsinə xidmət etmirsə, bəs görəsən belə bir konfransın məqsədi nədir?