SİYASƏT


Prezident İlham Əliyev: Yaxın günlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında önəmli sənəd imzalanacaq

Azərbaycan Prezidenti İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlıq əlaqələrindən də bəhs edib.AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı bu barədə danışarkən deyib: “Bu il Avropa İttifaqı ilə fəal əməkdaşlıq aparılmışdır. Bildiyiniz kimi, biz yeni saziş üzərində işləyirik. Sazişin böyük hissəsi razılaşdırılıb və razılaşdırılmamış məsələlər də müzakirə olunur. Ümid edirəm ki, yaxın gələcəkdə bütün məsələlər razılaşdırılacaq.