CƏMİYYƏT


Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 17 nəfər saxlanılıb

Səbail Rayon Polis İdarəsi və ərazi polis bölmələrinin əməkdaşları tərəfindən rayonun Bayıl, “20-ci sahə” və Badamdar qəsəbələri ərazilərində narkotik vasitələrin qanunsuz dövriyysi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib. Tədbir zamanı qeyd edilən yerlərdə narkotik maddələrin satışını həyata keçirən 17 nəfər saxlanılıb. Həmin şəxslərdən ümumilikdə külli miqdarda heroin, tiryək və psixotrop maddə olan metamfetamin aşkar edilib.