CƏMİYYƏT


Bərdədə “Pambıqçılıqda mövcud vəziyyət və məhsul yığımına hazırlıq” mövzusunda yekun regional müşavirə keçirilib

Bölgələrdə kütləvi pambıq yığımına hazırlıq gedir. Kənd Təsərrüfatı Nazirliyi məhsul yığımına son hazırlıq işlərini dəyərləndirmək məqsədilə bölgələrdə regional müşavirələr keçirir.Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, Sabirabad, İmişli və Salyan rayonlarından sonra Bərdədə yekun regional müşavirə keçirilib. Müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin və tabeli qurumların məsul şəxsləri, Bərdə rayon icra hakimiyyətinin rəhbər şəxsləri, pambıq tədarükü və emalı ilə məşğul olan şirkətlərin nümayəndələri, Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Yevlax və Goranboy rayonlarından olan 200-dən artıq pambıqçı fermer iştirak edib.