CƏMİYYƏT


Sabirabadda avtomobil aşıb, sürücü xəsarət alıb

Sabirabadda baş verən qəza zamanı avtomobil aşıb, sürücü ağır xəsarət alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yol-nəqliyyat hadisəsi ötən gün saat 23 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabad rayonunun Şəhriyar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.