Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağstafada qəzada 17 nəfər xəsarət alıb

26.09.2022 [16:28]

Xəbərin mətni

Ağstafada ağır yol-nəqliyyat hadisəsi baş verib, 17 nəfər yaralanıb. Hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində, Qırılı kəndində qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, magistral yolda hərəkətdə olan sərnişin mikroavtobusu ilə yük maşınının toqquşması nəticəsində 2-si uşaq olmaqla, 17 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.