Azərbaycan Dövlət İnformasiya Agentliyi

Estoniyada 27 sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib

27.09.2022 [11:58]

Xəbərin mətni

Azərbaycanın Estoniyadakı səfirliyi tərəfindən 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.Tədbirdə Türkiyənin Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri xanım Başak Türkoğlu, səfirliyin əməkdaşları, Estoniyadakı Azərbaycan icmasının nümayəndələri, Estoniya ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.AZƏRTAC xəbər verir ki, tədbirin əvvəlində qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.