CƏMİYYƏT


Ağdamda Şəhidlər xiyabanına yürüş təşkil olunub, həmişəyaşıl ağac tingləri əkilib

İşğaldan azad olunan Ağdam rayonunda da Anım Günü silsilə tədbirlərlə qeyd edilib. Şəhidlər xiyabanına yürüş təşkil olunub, həmçinin şəhidlərin xatirəsinə həmişəyaşıl ağac tingləri əkilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam rayonunda Anım Günü ilə əlaqədar keçirilən tədbirlərdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və nümayəndəliyin əməkdaşları, hərbçilər, hüquq-mühafizə orqanlarının nümayəndələri, din xadimləri, Ağdam ərazisində çalışan şirkət və qurumların işçiləri, həmçinin Ağdam könüllüləri olan bir qrup gənc iştirak edib.