Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sosial şəbəkələrdə bank kartlarından pulları ələ keçirən şəxs saxlanılıb

03.10.2022 [17:18]

Xəbərin mətni

Sosial şəbəkələrdə onkoloji xəstəlikdən əziyyət çəkən şəxslərə, həmçinin qazilərə yardım məqsədi ilə yerləşdirilən elanlarda göstərilən bank kartlarına müdaxilə olunduğu və hesablarda olan pulların informasiya texnologiyalarının imkanlarından istifadə edilməklə ələ keçirildiyi barədə Daxili İşlər Nazirliyinə çoxsaylı müraciətlər daxil olub. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalar və həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində qeyd edilən əməli törədən Elçin Quluzadə saxlanılaraq istintaqa cəlb edilib.