CƏMİYYƏT


Xətai rayonunda avtomobili oğurlayaraq satan şəxs tutulub

Xətai rayon sakini olan bir nəfərin “VAZ 2107” markalı avtomobili naməlum şəxs tərəfindən qaçırılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, zərərçəkən polisə müraciət edən kimi avtomobilin axtarışlarına başlanılıb. Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Zəki İsmayılov saxlanılaraq istintaqa təqdim edilib. O, ifadəsində qaçırdığı avtomobili satdığını bildirib.