Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fəxri xiyabanda unudulmaz sənətkar Şövkət Ələkbərovanın xatirəsi anılıb

20.10.2022 [15:18]

Xəbərin mətni

Görkəmli müğənni, Azərbaycanın Xalq artisti Şövkət Ələkbərovanın anadan olmasının 100 illiyi münasibətilə Fəxri xiyabanda məzarı ziyarət olunub.AZƏRTAC xəbər verir ki, tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri Fəxri xiyabanda Şövkət Ələkbərovanın məzarı önünə əklil qoyub, tər çiçəklər düzüblər.