Azərbaycan Dövlət İnformasiya Agentliyi

“CNN Arabia” telekanalı Şəki haqqında reportaj yayımlayıb

24.10.2022 [14:24]

Xəbərin mətni

Nüfuzlu “CNN Arabia” telekanalında Azərbaycanın dilbər guşələrindən biri olan Şəki şəhəri barədə reportaj yayımlanıb.AZƏRTAC xəbər verir ki, 70 ölkəyə səyahət etmiş reportyor Qasim Əl-Hato Azərbaycanın Şəki şəhərinin məşhur İpək Yolunun kəsişməsində yerləşdiyi və onun tarixi mərkəzinin 2019-cu ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edildiyini bildirib.