Azərbaycan Dövlət İnformasiya Agentliyi

İstedadlı rəssam Ehtiram Kərimovun Göyçayda ilk dəfə fərdi rəsm sərgisi açılıb

26.10.2022 [17:42]

Xəbərin mətni

Göyçayda ilk dəfə istedadlı rəssam, pedaqoq Ehtiram Kərimovun fərdi rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, “Rəngləri danışdıran rəssam” adlı sərgidə rəssamın 50-dən çox tablosu ilə yanaşı, tələbələrinin də rəsm əsərləri nümayiş olunub. Rayonda ilk dəfə keçirilməsinə baxmayaraq, rəsm sərgisinə böyükdən-kiçiyə hər kəs böyük maraqla qatılmışdı.