MƏDƏNİYYƏT


Bursada “Qorqud Ata” Film Festivalının simvolu Azərbaycana təqdim olunub

Türkiyənin Bursa şəhərində keçirilən İkinci “Qorqud Ata” (Dədə Qorqud) Türk Dünyası Film Festivalında müsabiqədə iştirak edən Azərbaycan filmləri də böyük maraqla qarşılanıb.AZƏRTAC xəbər verir ki, bu barədə festivalın bağlanış mərasimindəkı çıxışlarda bildirilib. Münsiflər heyəti Xalq artisti Vaqif Mustafayevi “Türk dünyasının ən yaxşı rejissoru” mükafatı ilə təltif edib. Kinorejissor bu mükafata festivalın yarışmasında iştirak edən “Həyat, deyəsən, gözəldir" filminə görə layiq görülüb.