MƏDƏNİYYƏT


Zəfər Günü Rustavidəki 18 nömrəli məktəbdə maraqlı konsert proqramı ilə qeyd olunub

Gürcüstanın ikinci ən böyük şəhəri olan Rustavidəki 18 nömrəli tam orta məktəbin şagirdləri Zəfər Günü münasibətilə maraqlı konsert proqramı hazırlayıblar.AZƏRTAC xəbər verir ki, konsertdə Azərbaycan səfirliyinin məsul əməkdaşları, “Salam” Mədəni Xeyri Cəmiyyətinin rəhbərliyi və üzvləri, Rustavi şəhər 18 və 10 nömrəli məktəblərin müəllim və şagirdləri, valideynlər, Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri iştirak ediblər.