MƏDƏNİYYƏT


“Qərbi Zəngəzur: əsirlikdə olan Azərbaycan abidələri” rəsm müsabiqəsi və sərgisinin açılışı olub

Noyabrın 14-də "NUR Art House” qalereyasında Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Müasir Yaradıcılığa Dəstək” İctimai Birliyinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Qərbi Zəngəzur: əsirlikdə olan Azərbaycan abidələri” rəsm müsabiqəsi və sərgisinin açılışı olub.AZƏRTAC xəbər verir ki, əvvəlcə rəsm müsabiqəsi və sərgisi barədə iştirakçılara məlumat verilib.