MƏDƏNİYYƏT


İstanbulda Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə konsert proqramı təqdim olunub

İstanbulda görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə konsert proqramı təqdim olunub. Konsert İstanbulun ən gözəl məkanlarından biri olan Cemal Reşit Rey salonunda təşkil edilib.AZƏRTAC xəbər verir ki, konsertdə Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun dirijorluğu ilə Cemal Reşit Rey simfonik orkestri çıxış edib.