Cenevrədə BMT-nin təşkil etdiyi ənənəvi “Beynəlxalq bazar”da Azərbaycan təmsil olunub
23.11.2022 [13:08]
Xəbərin mətni
Azərbaycanın Cenevrədə BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi BMT tərəfindən təşkil olunmuş ənənəvi “Beynəlxalq bazar”da iştirak edib.
AZƏRTAC xəbər verir ki, hər il BMT-nin Cenevrə şəhərindəki bölməsində - Millətlər Sarayında təşkil olunan “Beynəlxalq bazar”ın keçirilməsində məqsəd ölkələr tərəfindən onların mədəniyyəti, incəsənəti, mətbəxi və adət-ənənələrinin təbliğ edilməsi və dünyanın müxtəlif bölgələrində yaşayan uşaqlara yardım üçün təsis olunmuş xeyriyyə fonduna töhfələr verilməsidir.