MƏDƏNİYYƏT


Parisdə “Natavan” məktəbinin açılışı olub

Ulu öndər Heydər Əliyev çıxışlarında deyərdi ki, hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini – Azərbaycan dilini, dövlət dilini bilməlidir. Ümummilli Liderin sayəsində hələ 1978-ci ildə Azərbaycan dili dövlət dili kimi Konstitusiyamıza daxil edilib.Dahi lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Onun ideyalarını layiqincə yerinə yetirən dövlətimizin başçısı doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır.