CƏMİYYƏT


Qadına qarşı şiddət yolverilməzdir!

Qadınlara qarşı hər hansı zorakılıq, şiddət yalnız qadın hüquqlarının pozulması demək deyil, eyni zamanda, həmişə qadınlara münasibətdə uca tutduğumuz mənəvi dəyərlərə və ümumən ictimai inkişafa ziddir.Qadın hörmət və ehtirama, diqqət və mərhəmətə, qayğıya layiqdir və ona qarşı zorakılıq, şiddət yolverilməzdir.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi yeni videoçarx da bu mövzuda önəmli mesajları ifadə edir.