SİYASƏT


“Qardaş yumruğu” təlimində gecə vaxtı tapşırıqlar icra edilib

Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən "Qardaş yumruğu" birgə təlimində gecə və məhdudgörmə şəraitində müxtəlif tapşırıqlar icra edilib.Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimin bu mərhələsində şərti düşmənlə bilavasitə təmas vəziyyətində onun texnikasının və canlı qüvvəsinin məhv edilməsi tapşırıqları yerinə yetirilib.