MƏDƏNİYYƏT


Bursada “Şuşanın tək incisi” bədii-sənədli filminin premyerası olub

Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar Türkiyənin Bursa şəhərində keçirilən Şuşa Günləri davam edir.AZƏRTAC xəbər verir ki, bu çərçivədə Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın anım proqramı keçirilib.Tədbirdə, həmçinin “Şuşanın tək incisi” bədii-sənədli filminin premyerası olub.