Şüşə evdə yaşayan ailə
09.01.2023 [12:36]
Xəbərin mətni
Azərbaycanda bu evin bənzəri yoxdur. Bünövrəsi daş, divarları şüşədəndir. Tikintisində kərpic və ya mişar daşı əvəzinə, 60 mindən çox şüşə butulkadan istifadə olunub. Bu qeyri-adi ev Xaçmaz rayonunun Nabran kəndindədir.
AZƏRTAC-ın bölgə müxbiri Nabrandakı şüşə evdə yaşayan Seyidovlar ailəsinin qonağı olub.