İQTİSADİYYAT


Paytaxtın Füzuli küçəsinin 232 metrlik hissəsində təmir işləri aparılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi paytaxtın Nəsimi rayonu ərazisində Füzuli küçəsinin Azadlıq prospektindən Rəşid Behbudov küçəsinədək olan 232 metrlik hissəsində təmir işləri aparılıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, sözügedən ərazidə qum əsası üzərində düzülmüş kiçik ölçülü qranit daşların çox hissəsinin deformasiyaya uğradığı və bu səbəbdən yaranmış qüsurların nəqliyyat və piyadaların hərəkətinə ciddi maneə yaratdığı müəyyən edilib.