İQTİSADİYYAT


Yeni magistral avtomobil yolunun tikintisi tamamlanmaq üzrədir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun “Yaşma bağları” yaşayış məntəqəsindən başlayaraq tikintisi sürətlə və keyfiyyətlə davam etdirilir.
Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, magistralın Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 kilometrlik 1-ci hissəsi üzrə (layihə üzrə 0-29,9 kilometr) tikinti işləri sona çatdırılıb. Layihə üzrə körpü və yol ötürücüsü, yolaltı keçid, müxtəlif ölçüdə suötürücü borunun, yolun ayırıcı zolağında beton baryerlərin tikintisi, həmçinin ödəmə məntəqələrinin və yol avadanlıqlarının quraşdırılması üzrə işlər başa çatdırılıb.