İQTİSADİYYAT


“Ziraat Bank Azərbaycan” Türkiyəyə yardım üçün köçürmələrlə bağlı məlumatlandırıcı videoçarx hazırlayıb

“Ziraat Bank Azərbaycan” Türkiyədə baş vermiş təbii fəlakətlə bağlı Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinə yardım köçürmələrinin komissiyasız icra olunması haqqında qərar qəbul edib. Müştərilər Bankın Mobil Bankçılıq tətbiqi, İnternet Bankçılıq platforması üzərindən və ya filiallarına yaxınlaşaraq köçürmələri komissiyasız həyata keçirə bilərlər. Bank zəlzələdən zərər çəkən vətəndaşlara yardım etmək istəyən vətəndaşlar üçün məlumatlandırıcı videoçarx hazırlayıb.