Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tarixi abidə torpaq sürüşməsi nəticəsində məhv olmaq üzrədir

20.02.2023 [18:37]

Xəbərin mətni

Cəlilabadda Orta əsrlərə aid olduğu güman edilən böyük Qala kompleksi torpaq sürüşməsi nəticəsində məhv olmaq təhlükəsi ilə üz-üzədir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yağıntılardan sonra baş verən sürüşmə hazırda aktiv fazadadır. Yerli sakinlərin sözlərinə görə, ərazidə yaranmış iri çatlar hər gün genişlənməkdədir.