İQTİSADİYYAT


Ortamüddətli Xərclər Çərçivəsinin tətbiqi və nəticəəsaslı büdcə mexanizminə keçidlə bağlı görülmüş işlər müzakirə olunub

Fevralın 22-də Maliyyə Nazirliyinin təşkilatçılığı ilə “Təhsil sektorunda Ortamüddətli Xərclər Çərçivəsinin (OMXÇ) tətbiqi və nəticəəsaslı büdcə mexanizminə keçid” mövzusunda seminar keçirilib.
Seminarda Prezident Administrasiyası, Nazirlər Kabineti, Hesablama Palatası, mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumlarının rəhbərləri və nümayəndələri, habelə Milli Məclisin Elm və təhsil, İqtisadi siyasət komitələrinin üzvləri, eləcə də beynəlxalq təşkilatların təmsilçiləri, ekspertlər və tədqiqatçılar iştirak ediblər.