CƏMİYYƏT


Laçının Quşçu kəndi

Azərbaycan dilbər guşələrindən olan Laçın və ətraf kəndləri ağ örpəyə bürünüb.
Quşçu kəndi Laçının səfalı yerlərində dağlar qoynunda yerləşir. Adını türkdilli Quşçu tayfasından götürür. Bu ada digər rayonlarımızda, eləcə də Türkiyə, Türkmənistan, Cənubi Azərbaycan, Qərbi Azərbaycan və Şimali Qafqazda da rast gəlinir.