İQTİSADİYYAT


Daha bir balıq təsərrüfatı daxili bazara məhsul çıxaracaq

Respublikamızda qeyri-neft sektorunun inkişafı prioritet məsələlərdən biridir. Bu sahələr sırasında balıqçılıq sənayesinin inkişaf etdirilməsi xüsusi əhəmiyyətə malikdir. Balıqçılıq sənayesində yeni texnologiyaların tətbiq olunması, dünya standartlarına cavab verən ixrac məhsullarının hazırlanması əsas vəzifələrdən sayılır. Digər tərəfdən, bu sənaye sahələrinin regionlarda inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyulan məqsədlərin reallaşdırılması bölgələrdə başlanan inkişaf proseslərinin daha güclü xarakter almasına imkan verir. Astara rayonunda "Beluqa Astara" MMC təsərrüfatının yaradılması da bu məqsədi daşıyır.