İQTİSADİYYAT


Stokholmda Azərbaycan və İsveç şirkətlərinin iştirakı ilə seminar keçirilib

Stokholmda İsveçlə Azərbaycan arasında iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə biznes dairələrinin nümayəndələri üçün xüsusi seminar keçirilib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Stokholmda yerləşən Dünya Ticarət Mərkəzində reallaşan tədbir İsveçin Avrasiya üzrə Ticarət Palatası və Azərbaycanın İsveç Krallığındakı səfirliyi tərəfindən təşkil olunub. İyirmidən çox şirkətin nümayəndəsinin iştirak etdiyi tədbirdə ölkəmizdə investorlara yaradılan investisiya imkanları barədə ətraflı məlumat verilib.