CƏMİYYƏT


Göygöldə qanunsuz çalışan ocaqxanaların fəaliyyəti dayandırılıb

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirir.
Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Göygöl rayonu, Toğanalı kənd sakinləri Rəşid Akif oğlu Məhərrəmov, Elmidar Eldar oğlu Həsənov, Dəyanət Mənzil oğlu Həsənov, Rəhman Ağarıza oğlu Quliyev, Təranə Əjdər qızı Əliyeva, Elmir Hidayət oğlu Həsənov, Ağarza Rəhman oğlu Quliyev, Yaşa Dəmir oğlu Ocaqverdiyev, Rabil Zabit oğlu Quliyev, Azər Qafar oğlu Qurbanov, Aybəniz Tapdıq qızı Abbasova və Əfəndi Yaşa oğlu Ocaqverdiyevə məxsus həyətyanı sahələrdə qeyri-qanuni yolla ağac kömürü istehsal edən ocaqxanalar aşkar olunub.