Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sülhməramlıların avtomobil karvanının keçidi təmin edilib

01.04.2023 [13:05]

Xəbərin mətni

Azərbaycanlı ekofəalların Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 111 gündür davam edir. Ərazi humanitar məqsədlər üçün açıqdır, sərbəst hərəkətə heç bir maneə yoxdur.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə Rusiya sülhməramlılarına məxsus 13 təminat və təchizat avtomobili Xankəndidən Laçın istiqamətinə maneəsiz keçib. Bu, bir daha onu göstərir ki, heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir.

BÖLMƏNİN DİGƏR VİDEOLARI