SİYASƏT


Erməni ailələri ekoaksiya ərazisindən maneəsiz keçdi

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, sülhməramlılara məxsus dörd avtomobil Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib.
Həmin avtomobillərin içərisində Qarabağda yaşayan erməni ailələri və uşaqları olub.
Bu, isə bir daha onu sübut edir ki, yol humanitar məqsədlər üçün açıqdır.