Ulu Öndərin 100 illiyi münasibətilə fləşmob
09.04.2023 [17:11]
Xəbərin mətni
Gəncə Şəhər İcra Hakimiyyətinin, YAP Gəncə şəhər təşkilatının və Gəncə şəhər Nizami bələdiyyəsinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev İli" çərçivəsində növbəti tədbir reallaşıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2500 tələbənin iştirakı ilə fləşmob təşkil olunub. Fləşmob zamanı tələbələr "Gəncə şəhərinin Baş meydanında "Heydər Əliyev - 100" yazısını nümayiş etdiriblər.