CƏMİYYƏT


Xəzər dənizində suyun səviyyəsi azalır - hansı fəsadlar ola bilər?

Son bir neçə ildir ki, Xəzər dənizində suyun səviyyəsinin azalması qeydə alınır. Paytaxtla yanaşı, Xəzərsahili bölgələrdə də bu, aydın müşahidə olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran ərazisində dayaz və dərin yerlərdən asılı olaraq, Xəzər sularının sahildən 5 metrdən 40 metrədək, bəzi ərazilərdə isə daha çox geri çəkilməsi qeydə alınıb. Hətta son bir il ərzində üzə çıxan ucsuz-bucaqsız qumsal əraziləri də açıq aydın görmək olar.