CƏMİYYƏT


Ağdamın Baş Qərvənd kəndi minalardan təmizlənir

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina Əleyhinə Xüsusi Təyinatlı Alayı işğaldan azad olunmuş əraziləri minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarını sürətli şəkildə davam etdirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, işğaldan azad olunan ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları çərçivəsində FHN tərəfindən görülən işlərlə tanışlıq üçün Ağdam rayonuna media-tur təşkil olunub. Media nümayəndələri Baş Qərvənd kəndi ərazisində aparılan minalardan və partlamamış döyüş sursatlarından təmizlənmə əməliyyatları ilə tanış olublar.