CƏMİYYƏT


Salyanda mərmi tapıldı

Salyan rayonunun Dayıkənd kəndi ərazisində Salyan rayon su-kanal idarəsinin əməkdaşları tərəfindən kollektor qazıntısı işləri aparılan zaman həmin ərazidən 29 ədəd partlamamış mərmi aşkarlanıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, hadisədən sonra ərazidə qazıntı işləri dayandırılıb və aidiyyəti qurumlara məlumat verilib.