Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qəbələdə mikroavtobusla minik avtomobili toqquşdu

26.05.2023 [16:17]

Xəbərin mətni

Mayın 26-da saat 12 radələrində Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində “Ford” markalı mikroavtobusla “Mitsubishi” markalı minik avtomobili toqquşub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildirilib ki, ilkin məlumata görə, ümumilikdə 16 nəfərə yaxın şəxs ilkin tibbi yardım üçün müraciət edib. Onlardan üçü stasionar müalicəyə qəbul edilib və hazırda müalicələri Reanimasiya şöbəsində davam etdirilir.