Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan QHT-ləri Ermənistanın Arazdəyəndəki layihəsinə qarşı bəyanat yayıb

08.06.2023 [11:26]

Xəbərin mətni

Ermənistanın Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində - Arazdəyən kəndində illik istehsal gücü 180 min ton olan iri metallurgiya zavodunun inşasının layihəsi ilə əlaqədar iyunun 8-də Bakıda ekoloji yönümlü QHT-lər yeni ekoloji fəlakətə yol açacaq bu layihə əleyhinə birgə bəyanat səsləndiriblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə azərbaycanlı ekoloqlar ABŞ dövlətinə və Ermənistan ekoloqlarına da çağırış ünvanlayıblar.