SİYASƏT


Ermənistana məxsus PUA-nın idarəetmə stansiyasının məhv edilməsinin görüntüləri yayılıb

Xəbər verdiyimiz kimi, sentyabrın 2-də səhər saatlarında Azərbaycan Ordusunun Şahbuz və Kəlbəcər rayonları istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) səyyar yerüstü idarəetmə stansiyası məhv edilib.
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın səyyar yerüstü idarəetmə stansiyasının məhv edilməsinin görüntülərini yayıb.