MƏDƏNİYYƏT


Dunhuanda 6-cı Beynəlxalq İpək Yolu Sərgisi işə başlayıb

Mədəniyyət Nazirliyinin rəsmi nümayəndə heyətinin Çinə səfəri davam edir.

AZƏRTAC xəbər verir ki, sentyabrın 6-da mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi rəsmi nümayəndə heyəti Qansu vilayətinin Dunhuan şəhərində 6-cı Beynəlxalq İpək Yolu Sərgisinin açılış mərasimində iştirak edib. Nümayəndə heyəti əvvəlcə mədəni turizm sərgisi ilə tanış olub. Burada Çinin İpək yolu boyunca yerləşən bölgələrinin tarixinə, mədəni irsinə, İpək yolunun tarixən mədəni əlaqələrdəki roluna, “Bir kəmər, bir yol” ölkələrinin mədəni əməkdaşlığına dair eksponatlar, mədəniyyət abidələri, fotolar, kitablar, təsviri incəsənət nümunələri nümayiş olunur.