Azərbaycan Dövlət İnformasiya Agentliyi

Füzulinin daha 102 sakini doğma yurda yola salındı

07.09.2023 [10:28]

Xəbərin mətni

Sentyabr 7-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.
AZƏRTAC xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə - 102 nəfər köçürülüb. Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bununla da Füzuli şəhərində 95 ailənin, yəni, 349 nəfərin daimi məskunlaşması təmin edilib.