Bakıda dəyişən idarəetmə mühitində yeni institusional modellər mövzusu müzakirə olunub
05.11.2026 [16:10]
Xəbərin mətni
Bakıda “ASAN xidmət”in və Birləşmiş Millətlər Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı beynəlxalq sammit çərçivəsində “Dövlətin roluna yenidən baxış: dəyişən idarəetmə mühitində yeni institusional modellər” mövzusuna həsr olunmuş üçüncü sessiya baş tutub.