CƏMİYYƏT


Salyanda mikroavtobus su kanalına düşüb - ölən var

Salyanda yol qəzası baş verib, mikroavtobus yoldan çıxaraq kanala düşüb. Qəzada bir nəfər ölüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yol qəzası bu gün səhər saatlarında Salyan rayonunun Xalac kəndi ərazisində baş verib. Adıçəkilən kənd sakini Qurban Gözəlov idarə etdiyi “Ford" markalı mikroavtobusla hərəkətdə olarkən idarəetməni itirib və mikroavtobus yoldan çıxaraq su kanalına aşıb.
Hadisə nəticəsində mikroavtobusda olan sərnişin - Xalac kənd sakini Bəyanə Eyyubova ölüb, sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.