Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Xaçmazda narkotik satan dəstə üzvləri saxlanılıblar

03.10.2023 [11:30]

Xəbərin mətni

Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları narkotik vasitələrin əldə edilməsi, daşınması, qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan rayon sakinləri Rəvan Seyidov, Sevcan Zayumova və Humay Məmmədovanı saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həmin şəxslərin üzərlərinə və yaşadıqları evlərə baxış keçirilən zaman külli miqdarda heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb.